“Sabah”ın baş məşqçi əvəzi Nikola Bojinovski Azərbaycan Basketbol Liqasının 12-ci turunda "Xırdalan"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, komandanın 103:107 hesablı məğlubiyyətini belə şərh edib:

"Oyuna çox pis başladıq. Rəqib bizi ilk periodda bacarıqla cəzalandırdı. Tədricən oyuna qayıtsaq da, böyük üstünlük qazana bilmədik. Açar epizodlarda səhv qərarlar verdik. Rəqib bizi hər imkanda cəzalandırdı. Üçxallıq atışlarımız zəif idi. "Xırdalan" komandasını cəsarətli oyuna görə təbrik edirəm".