Çimərlik voleybolu üzrə açıq ölkə birinciliyi start götürüb. "Rekord.az" xəbər verir ki, yarış Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı keçirilir.

Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda 12 qadın, 16 kişi cütlüyü mübarizəyə qoşulub. Çempionatın ilk günü təsnifat oyunları baş tutub. Olimpiya sistemi ilə keçirilən turnirin nəticələrinə əsasən. qadın və kişilərin yarışında 8 cütlük mərhələ adlayıb. Onlar iyulun 29-da çempionluq uğrunda mübarizəni davam etdirəcəklər.

Mükafatçılara medal, diplom və turnirin sponsorları tərəfindən hədiyyələr veriləcək.

Final oyunları və mükafatlandırma mərasimi “CBC Sport”da canlı yayımlanacaq.