Türkiyənin məşhur siması, aparıcı, eyni zamanda iş adamı Acun Ilıcalı Huner Groupun qonağı olub. "Rekord.az" xəbər verir ki, ona şirkət və həyata keçirdikləri layihələr barədə məlumat verilib, perspektivdə əməkdaşlıqla bağlı geniş müzakirələr aparılıb. Görüşdən sonra iki futbol klubunun sahibi olan Acun Ilıcalıya "Turan Tovuz" PFK-nın forması hədiyyə edilib. Görüşdə klubun digər üzvləri - baş məşqçi Ayxan Abbasov, idman direktoru Nadir Nəbiyev və digərləri də iştirak ediblər.

Ilıcalının sahib olduğu "Hal Siti" klubu ilə "Turan Tovuz" arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi haqqında razılıq da əldə olunub. İlkin razılığa əsasən klubun əməkdaşları, məşqçi və  futbolçu heyəti “Hall Siti”nin iş prinsiplərini öyrənmək və təcrübələrini artırmaq üçün İngiltərədə klubun düşərgəsində təcrübə keçəcəklər.