Türkiyənin "Adana Dəmirspor" klubu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin transferini açıqlayıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2016-cı ildən "Qarabağ"da çıxış edən futbolçu Azərbaycan millisinin də üzvüdür.