“Adana Dəmirspor”dan Şahruddinlə ilk qələbə
- 25 Dek 2023 00:37
- 280
Türkiyə Super Liqasında 18-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün 3 görüş baş tutub.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası - “Adana Dəmirspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Antalyaspor”u üstələyib – 2:1.
Məhəmmədəliyev bu qarşılaşmada 90 dəqiqə oynayıb. Bu, Şahruddinin oynadığı matçlarda ilk qələbədir.
“Adana Dəmirspor” hazırda 27 xalla 5-cidir.