Türkiyə Super Liqasında 8-ci tura start verilib.

Rekord.az xəbər verir ki, bu gün 2 görüş baş tutub.

Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası “Adana Dəmirspor” evdə “Trabzonspor”la qarşılaşıb və qalib gəlib. “Şah” bu dəfə də sonadək ehtiyatda qalıb.

“Alanyaspor” da “Fatih Karagümrük” komandasını məğlub yola salıb.

Türkiyə Super Liqası
8-ci tur

6 oktyabr

Adana Dəmirspor – Trabzonspor 1:0
Qol: Nani, 29.

Alanyaspor – Fatih Karagümrük 2:1
Qollar: K.Eduardo, 18. O.Aydın, 83 – G.Yalçın, 90.