Adı "Qəbələ" ilə çəkilir, özünün isə xəbəri yoxdur
- 29 Dek 2020 11:00
- 811
Estoniyanın "Narva trans" komandasından ayrıldıqdan sonra ən azı mövsümün sonuna kimi ölkəmizdə qalmaq niyyətində olan Nurlan Novruzov hələ də klubsuzdur.
Rekord.az xəbər verir ki, hücumçunun adı daha çox "Qəbələ" ilə çəkilir.
İddialar var ki, onun bölgə klubuna keçməsi an məsələsidir.
"Bakı"nın yetirməsi sportinfo.az-a açıqlamasında haqqında yayılan iddialara belə cavab verib: "Vallah, heç nədən xəbərim yoxdur. Düzdür, ordan-burdan mənə də bu haqda deyirlər. Amma hazırda rəsmi heç nə yoxdur".
Novruzov ümidlidir ki, bu həftəyə hər şey məlum olar: "Klublarımızın toplanışa başlamasında az qalıb. Nəsə olsa, yəqin ki, bu həftə bilinər"