Adı Tovuzun, dadı AFFA-nın
- 26 Fev 2021 13:00
- 873
Xəbər verdiyimiz kimi, bu yaxınlarda Tovuzda yeni futbol akademiyasının açılışı oldu. AFFA-nın maliyyəsi ilə tikilən akademiyanın açılışında federasiya prezidenti və icraçı vitse-prezident də iştirak etmişdi. Akademiya tovuzlular üçün nəzərdə tutulub və burada Azərbaycan futbolu üçün istedadlı futbolçular hazırlanmalıdır. Lakin görünən budur ki, “Turan Tovuz” üçün nəzərdə tutulsa da AFFA da istədiyi vaxt bu akademiyanın xidmətindən istifadə edəcək.
Rekord.az xəbər verir ki, akademiya açılar-açılmaz, AFFA U-18 millisini ora təlim-məşq toplanışına göndərdi.
Əldə etdiyimiz məlumata görə, mart ayında Elxan Abdullayevin rəhbərlik etdiyi komanda yenidn Tovuza təlim-məşq toplanışına yollanacaq. Yazda U-17 millisinin də Tovuza toplanışa gedəcəyi gözlənilir.
Gördüyünüz kimi, adı “Turan Tovuz”un olsa da, AFFA ürəyi istəyən vaxt bu akademiyanın xidmətindən istifadə edəcək.