"Kəpəz" Premyer Liqada qalacağı halda baş məşqçi Adil Şükürovun növbəti mövsüm üçün heyətdə görmək istədiyi futbolçulardan biri də Mate Kvirkiyadı.

Rekord.az xəbər verir ki, baş məşqçi gürcünün oyununu bəyənir və onu taktikasına uyğun futbolçu hesab edir.

Qeyd edək ki, Matenin "Kəpəz"lə müqaviləsi yayda başa çatır.