"Kəpəz"in yeni baş məşqçisi Adil Şükürov indidən gələcəyin komandasını qurmağa başlayıb.

Rekord.az-a daxil olan məlumata görə, o, vaxtı ilə digər komandalarda rəhbərliyi altında oynamış bəzi futbolçularla danışıqlara başlayıb və onları "Kəpəz"ı dəvət edib.

Şükürovun təklifini qəbul edən futbolçular qışdan etibarən komandaya qoşulacaqlar. Sadəcə, yeni baş məşqçi indidən komandasında görmək istədiyi futbolçularla danışıq aparır ki, qışda həmin futbolçular başqa klublara keçməsinlər.