"Kəpəz"in mövsümün sonuna kimi ev oyunlarını hansı stadionda keçirəcəyi hələlik məlum deyil.

Rekord.az-a daxil olan məlumata görə, PFL gəncəlilərə Tovuz, Şamaxı və Bakı variantları arasında seçim etməli olduqlarını bildirib.

"Kəpəz"in  baş məşqçisi Adil Şükürov isə rəhbərlikdən ilk növbədə təbii örtüklü meydança tapmalarını xahiş edib. Rayonlarda keyfiyyətli təbii örtüklü meydança olmadığı üçün Bakı variantı daha realdı. Klubun maddi durumu imkan versə, o zaman "Kəpəz" rəqiblərini Bakıda qəbul edə bilər.