"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirən komandanın düşərgəsinə qoşulub.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" bu gün rumıniyalı mütəxəssisin rəhbərliyi altında ilk məşqinə çıxacaq.

"Smena" stadionunda keçiriləcək hazırlıq prosesi Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.