Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar bu gün Azərbaycan Futzal Federasiyasının rəhbərliyi Fəxri Xiyabanı ziyarət edib.
Rekord.az xəbər verir ki, federasiya rəsmiləri Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad ediblər.