Azərbaycan Futzal Federasiyasının təşkilatçılığı ilə keçirilən Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan kubokunun oyunlarının təxirə salınması müddəti aprelin 20-dək uzadılıb.

Rekord.az xəbər verir ki, oyunların başlanma tarixi barədə federasiyanın rəsmi saytında əlavə məlumat yerləşdiriləcək.

Qeyd edək ki, bütün dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda da idman yarışlarına fasilə verilib.