AFFA 150 min ayırdı, "Qəbələ" I Divizionda oynamağa razılıq verdi
- 08 İyl 2021 15:00
- 832
"Qəbələ" ilə AFFA arasında uzun sürən müzakirələr nəhayət ki, bəhrəsini verib.
Rekord.az xəbər verir ki, danışıqlar zamanı "Qəbələ" rəhbərliyinin I Divizionda iştirak üçün federasiyadan əlavə 150-200 min manat istəməsi haqda daha öncə də məlumat vermişdik.
Yekunda AFFA 150 min manat verməyə razı olub. Beləliklə, növbəti mövsümdən "Qəbələ-2" də I Divizionda çıxış edəcək.