AFFA kurasiyasındakı klublardan birini millinin bazası əsasında yenidən formalaşdıırmaq istəyir.

Rekord.az-ın məlumatına görə, bununla əlaqədar federasiyada müzakirələr başlayıb.

İlkin plan belədir ki, U-17, U-19 və U-21 yığmalarının aparıcı futbolçuları bir komandaya cəlb oluusun, onların rəhbərliyinə isə Milan Obradoviç gətirilsin. U-21-in çalışdırıcısı bu ideyanı dəstəkləyib.

Serbiyalı mütəxəssis klub şəklində təşkilatlanmanın və Premyer Liqada çıxış etməyin beynəlxalq turnirlərdə uğurlu nəticələr qazanmağa müsbət təsirini önə çəkib.

Balkanlı məşqçi bu yenilik U-17 və U-19 yığmalarının oyunçularının daha tez yetişməsinə səbəb olacaq.

AFFA artıq ona bağlı Premyer Liqa təmsilçilərinin rəhbərlərini yeni planı barədə xəbərdar edib.

Bu, ikinci «Şəfa»nın həyata qayıtması deməkdir. Federasiyanın ovxtkı prezidenti Fuad Musayev ilk dəfə 23 il əvvəl millinin əsasında klub yaradıb.

Güclülər dəstəsində öncə müsabiqədənkənar qüvvəsini sınayan komanda tez-tez aadını dəyişib, sonda «Şəfa» kimi təşəkkül tapıb, 2005-ci ildə isə fəaliyyətini dayandırıb. (sportinfo.az)