AFFA 4 kluba defibrilyator cihazı verdi
- 12 İyl 2021 21:02
- 623
AÇ-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş 4 oyununda zərurət yaranacağı təqdirdə istifadə olunmaq üçün alınmış defibrilyator cihazları AFFA tərəfindən “AÇ-2020-nin irsi proqramı” çərçivəsində təmənnasız olaraq bu mövsüm avrokuboklarda çıxış edən “Neftçi”, “Qarabağ”, “Keşlə” və “Sumqayıt” klublarına verilib.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Azərbaycan Premyer Liqasında çıxış edən digər 4 kluba isə qeyd olunan cihazlar 2021/22-ci il mövsümünün başlanması ərəfəsində təqdim olunacaq.
Xatırladaq ki, iyunun 12-də, 16-da və 20-də AÇ-2020-nin A qrupunun 3 oyunu, iyulun 3-də isə 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçirilib.