AFFA 4 klubu cərimələdi
- 29 Sen 2020 19:00
- 841
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 4-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Səbail” – “Sabah” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 800 manat cərimə olunublar.
“Keşlə” – “Zirə” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Neftçi” – “Qəbələ” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.