Ağsu şəhər stadionda məşq etmək istəyən bir neçə şəxsin arzusu ürəyində qalıb.

Rekord.az  Futbol plus-a istinadən xəbər verir ki, arenanın köməkçi meydanından yararlana bilməyiblər.

Stadionun əməkdaşı həmin şəxslərə rəhbərliyin meydançaya girişi qadağa etdiyini bildirib. Stadionda məşq etmək istəyənlər arenanın direktoru Elnur Alıyevlə əlaqə saxlayıblar. Stadionun rəsmi şəxsi AFFA-nın meydançanı təmir etdirdiyini, hələlik istifadəsinin qadağan olduğunu bildirib.

Həmin anın görüntüsünü diqqətinizə çatdırırıq: