AFFA-nın Apellyasiya Arbitraj Tribunalının yeni qərarları açıqlanıb.

Rekord.az həmin qərarları təqdim edir:

-  “Binə” FK-nın iddiası qismən təmin edilsin.
AFFA İntizam Komitəsinin 1 oktyabr 2019-cu il tarixli qərarı ilə “Binə” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilməsi qərarı dəyişdirilərək İntizam Məcəlləsinin 48.3-cü maddəsi tətbiq olunmaqla hər iki komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilsin.

- AFFA İntizam Komitəsinin 22 oktyabr 2019-cu il tarixli qərarı ilə 19 oktyabr 2019-cu il, U-17 Liqasının, “Xəzər Lənkəran” – “Kəpəz” matçı ilə bağlı qərarına yenidən baxılması üçün iddiaçının təqdim etdiyi video-görüntülərlə birlikdə AFFA İntizam Komitəsinə qaytarılsın.

-  “Standard” klubunun iddiası təmin edilməsin.
AFFA İntizam Komitəsinin 15 oktyabr 2019-cu il tarixli qərarı ilə 11 oktyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın “Standard” – ADBTİA matçının 11-ci dəqiqəsində “Standard” klubunun 99 №-li futzalçısı Anar Həsənovun hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalandırılması qərarı qüvvədə saxlanılsın.