AFFA “Araz-Naxçıvan”ın sabiq məşqçisini 2 illik şərti cəzalandırdı
- 20 İyn 2024 14:30
- 177
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
Misli Premyer Liqasında sonuncu dəfə “Araz-Naxçıvan” klubunda məşqçi işləmiş Məmmədov Xaqani Nürəddin oğlu “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılıb. Sınaq müddəti 24 ay təyin edilib.
AHFF-nin birinciliyində 1/8 final mərhələsinin “Lokomotiv” – “Ramana” FK oyununda “Lokomotiv”in heyətində adı protokolda olan 5 nömrəli oyunçu İsmayıl Məmmədovun lisenziyası olmadığı aşkarlandığına görə “Lokomotiv”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.