AFFA «Səbail»in ev oyunlarını keçirdiyi «Bayıl Arena»da yenidənqurma işlərinə başlayıb.

Rekord.az xəbərverir ki, bu, sırf tribunalarla bağlıdır.

Təmir stadionun VİP-loja və «sky-box» hissəsini əhatə edir. Belə deyək də, federasiya yenə yalnız öz əməkdaşlarının qayğısına qalır.

Futbolçuların dərdini dinləyən isə yoxdur. Süni qazon tamamilə sıradan çıxıb, gəl ki, onu dəyişmirlər.

Klubun müraciəti qulaqardına vurulub, meydança probleminin həllinə vəsait ayırmırlar. Halbuki burada keçirilən hər oyundan sonra neçə nəfər zədələnir.

AFFA isə deyir ki, hələ 1-2 il də gözləyin, görək, nə olur. Daha bundan sonra nə olasıdır ki? Süni xalçanın hay-hayı gedib, vay-vayı qalıb. (sportinfo.az)