AFFA bu görüntüyə görə FİFA-ya müraciət ünvanlayacaq FOTO
- 01 Apr 2021 13:00
- 801
Xəbər verdiyimiz kimi, DÇ-2022-nin seçmə mərhələsində dünən keçirilən Ermənistan - Rumıniya oyunu (3:2) zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağı asılıb.
Rekord.az xəbər verir ki, bununla əlaqədar AFFA tərəfindən FİFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq.
Qeyd edək ki, Ermənistan - İslandiya matçında da analoji hal yaşanmışdı. Belə ki, erməni fanatlar tribunadan qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını asıblar. Bu isə Azərbaycana qarşı təxribat, eyni zamanda separatçılığın aşkar təbliğatı deməkdir.