AFFA fevralın 8-9-da aşağı yaş qrupları üzrə liqalarda keçiriləcək oyunları təxirə salıb.


Bu barədə Rekord.az-a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, bütün zonalar üzrə planlaşdırılan AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının matçları hava şəraiti ilə əlaqədar təxirə salınıb.