
AFFA bu liqaların oyunlarını təxirə salındı
- 19 Fev 2025 19:20
- 127
AFFA aşağı yaş qrupları üzrə liqalarda keçiriləcək oyunları təxirə salıb.
Rekord.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bütün zonalar üzrə 22 və 23 fevral tarixlərində keçirilməsi planlaşdırılan AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11, AFFA U-12, AFFA U-13 və AFFA U-14 Liqalarının oyunları təxirə salınıb. Buna səbəb qeyri-sabit hava şəraiti olub.