AFFA yeni mövsümdən II Liqa klubları üçün ayırılan illik vəsaiti artıra bilər.

Rekord.az xəbər verir ki, hazırkı 50 min manat yetərli deyil.

Nəzərə alsaq ki, bunun da 8 mini vergiyə çıxır, yerdə qalan 42 min  manatla bir mövsüm komanda saxlamaq çox çətindir. Klubların da narazılıqlarını nəzərə alan federasiya rəhbərliyi bu məbləği minimum 80 minə çatdırmaq istəyir. Lakin yekun  qərarı İcraiyyə Komitəsi verməlidir.