Bir neçə il bundan öncə İsmayıllıda süni örtüklü, standard ölçülərdə iki meydança tikməyi planlaşdırsa da, çoxdan idi bu məsələdən xəbər-ətər yox idi.

Rekord.az-ın əldə etdiyi son məlumata görə, bu məsələ arxa plana keçib.

Belə ki, ən azı 2024-cü ildə federasiya sözügedən rayonda hansısa meydança tikməyi planlaşdırmır.

Qeyd edək ki, bir neçə il öncə sabiq baş katib İsmayıllıda olmuş, yerli icra başçısı ilə meydançaların tiklilməsi üçün nəzərdə tutulan boş ərazidə də olmuşdular.