AFFA Ceyhun Sultanovu “Səbail”ə prezident göndərir?
- 12 İyl 2021 17:00
- 838
«Neftçi» və «Keşlə»nin sabiq idman direktoru Ceyhun Sultanov tezliklə klub təsərrüfatına dönə bilər.
Rekord.az xəbər verir ki, bu barədə sportinfo.az-a AFFA-dan məlumat daxil olub.
Redaksiyamıza verilən bilgiyə görə, adıçəkilən funksionerin «Səbail»in başına gətirilməsi məsələsi müzakirə olunur.
Belə ki, Tamerlan Abdullayevdən sonra klubun prezidenti postuna onun namizədliyi gündəmdədir.
Bildirilib ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun bununla bağlı Ceyhun Sultanovu qəbul etməsi gözlənilir.