![photo](https://www.rekord.az/storage/uploads/5/affa-logo-1.jpeg)
AFFA D kateqoriyalı məşqçi kursları təşkil edəcək
- 18:00
- 48
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Avropa futbol qurumunun “HatTrick” proqramı çərçivəsində D kateqoriyalı məşqçi kursları keçiriləcək.
Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, dərslər həm nəzəri, həm də praktiki hissədən ibarət olmaqla qurumun məşqçi kurslarının təlimatçıları tərəfindən AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində baş tutacaq.
Kursda iştirak etmək ödənişsizdir.
Qeyd edək ki, təlimlər martın 1-3-də keçiriləcək.