AFFA Hakimlər Komitəsi ciddi problemlə üzləşib.

Federasiyaya yaxın mənbədən Rekord.az-a daxil olan məlumata görə, problem hakim çatışmamazlığı ilə bağlıdır.

Liqaların və komandaların sayının artması, əvəzediciləri çempionatının ayrı keçirilməsi oyunların sayını xeyli artırıb. Üstəlik, Region Liqası da saxlanılıb. Hakimlər Komitəsi məcbur qalıb uşaq liqalarının hakimlərini də yuxarı liqalara cəlb etməyi düşünür.