![photo](https://www.rekord.az/storage/uploads/5/elnur-memmedli.jpg)
AFFA-da yeni təyinat
- 31 İyl 2023 20:00
- 305
AFFA-ya yeni mətbuat katibi təyin olunub.
Rekord.az AFFA-nın sosial şəbəkə hesabına istinadən xəbər verir ki, bu vəzifədə Elnur Məmmədli çalışacaq.
Tanınmış telejurnalist bundan əvvəl “Futbol+”, "ANS", "AzTV" və “CBC Sport”da fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan Boks Federasiyasında mətbuat katibi vəzifəsində işləyib.
Elnur Məmmədli bu vəzifədə "Səbail"ə keçən Firuz Abdullanı əvəzləyib.