Nazim Süleymanov və Zaur Ramazanovun ardından AFFA daha bir mütəxəssisi də "qara siyahı"ya salıb.

Rekord.az xəbər verir ki, söhbət Ramiz Məmmədovdan gedir.

"Qəbələ"nin sabiq baş məşqçisi AFFA və futbolumuzdakı problemlər haqqında səsləndirdiyi tənqidi fikirlərə görə federasiya tərəfindən arzuolunmaz şəxs elan edilib. Yəqin ki, yaxın zamanlarda Azərbaycan futbolunda ona da iş tapılmayacaq.