AFFA-dan AÇ-2020 ilə bağlı daha bir tender
- 29 Mar 2021 18:30
- 607
AFFA tender elan edib.
Rekord.az qurumun saytına istinadən xəbər verir ki, AÇ-2020 çərvəsində 32 ədəd kompüter, 1 ədəd printer və 3 ədəd proyektor alınması üçün AFFA tender elan edib.
AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.