AFFA maraqlı addım atıb.

Rekord.az xəbər verir ki, qurumun inzibati binasında Azərbaycan bayrağı ilə yanaşı, dörd futbol klubunun atributu da asılıb.

Bunlar “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın bayraqlarıdır. AFFA bu dörd klubumuzun cari mövsüm Azərbaycanı avrokuboklarda təmsil etməsini nəzərə alaraq bu addımı atıb.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla saytımıza bildirib ki, bu, rəhbərliyin ideyasıdır və həmin dörd kluba dəstək məqsədilə edilib (oxu.az).