Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-17 Liqasında “Keşlə” – “Səbail” matçının 82-ci dəqiqəsində “Səbail”in baş məşqçisi Yaşar Abuzərov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Sabah” – “Neftçi” matçının 65-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rza Cəfərov ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-17 Liqasında “İsgəndər Cavadov BFA” – “Neftçi İK İB” matçının 90+2-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun futbolçusu Əziz Müzəffərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Tufan” – “Sumqayıt” matçının 89-cu dəqiqəsində “Tufan”ın futbolçusu Bəhruz Tanrıverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Zirə” – “İsgəndər Cavadov BFA” matçının 45-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun futbolçusu Rüfət Cəbrayıllı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Keşlə” – “İsgəndər Cavadov BFA” matçının 66-cı dəqiqəsində “Keşlə”nin futbolçusu Əlişan Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 22-ci dəqiqəsində “Keşlə”nin baş məşqçisi Alim Qurbanov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

U-15 Liqasında “Neftçi” – “Sabah” matçının 65-cı dəqiqəsində “Sabah”ın futbolçusu Həmdulla Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 80+5-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elton Həsənli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Azəri TİM” – “Gəncə TİM” matçının 29-cu dəqiqəsində hər iki klubun baş məşqçisi Elşən Əliyev və İlkin Verdiyev bir-birilərinə qarşı təhqiredici ifadələr işlətdiyinə görə hər biri 2 oyun cəzalanıb.

U-14 Liqasında “Keşlə” – “Qarabağ” matçının 34-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Osman Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “8 №-li İOEUGİM” – “Məqsəd Kursları” matçının 69-cu dəqiqəsində “Məqsəd Kursları”nın futbolçusu Hikmət Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Sahil FA” – “Sumqayıt” matçının 5-ci dəqiqəsində “Sahil”in futbolçusu İslam Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Qarabağ” – “Xəzər Buzovna” matçının 47-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Eltun Babazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Sarvan” (Samux) – “TİM” (Uğur) matçında “TİM” (Uğur) komandasanın heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasında “Çinar UGFHK” – “UGİM” matçının 10-cu dəqiqəsində “Çinar UGFHK” klubunun baş məşqçisi Elçin Quziryani hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb. Oyunun 25-ci dəqiqəsində “Çinar UGFHK” klubunun məşqçisi Teymur Nəbiyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.

U-13 Qızlar Liqasında “Mələklər” FK (Lənkəran) – “Aran” (Ağcabədi) matçında “Mələklər” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasında “8 №-li İOEUGİM” – “Balxurma” matçında “Balxurma”nın baş məşqçisi Fərəc Bulacov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.