Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasında “Şahdağ” – “Qusar” matçının 42-ci dəqiqəsində “Qusar”ın futbolçusu Telman Ağabalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasında “Qardaşlar” – “Xudat” matçının 48-ci dəqiqəsində “Xudat”ın futbolçusu Şəhriyar Zərbəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasında “İmişli” – “Ağsu Sity” matçının 1-ci hissəsi başa çatdıqdan sonra “İmişli”nin baş məşqçisi Süleyman İsayev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb.

Region Liqasında “Energetik” – “Qosqar UGİM-2” matçının 24-cü dəqiqəsində “Qoşqar UGİM-2” klubunun futbolçusu Dünyamin Ələsgərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 61-ci dəqiqəsində “Qoşqar UGİM-2” klubunun futbolçusu Cavid Abbasov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Gənclər Liqasında “Sumqayıt” – “Qarabağ” matçının 13-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Ələkbər Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasında “Qəbələ” – “Neftçi” matçının 63-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu İdris İnqilablı hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb. Oyunun 78-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Nicat Oruclu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Qəbələ” – “Kəpəz” matçının 50-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Azər Məmmədhəsənzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Keşlə” – “Zirə” matçının 87-ci dəqiqəsində “Zirə”nin futbolçusu Elcan Şirinov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Zirə” – “Xilə” matçının 15-ci dəqiqəsində “Xilə”nin futbolçusu Orxan Novruzov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanın.

U-13 Liqasında UGİM (Yevlax) – UGİM (Naftalan) matçında UGİM (Naftalan) komandası təyin olunan vaxtda meydana çıxmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında “Ləcət” (Xaçmaz) – UGİM (Xaçmaz) matçında “Ləcət” komandası təyin olunan vaxtda meydana çıxmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasında “Ağstafa Gənclər” – “Qədirli” (Tovuz) matçında “Qədirli” komandası təyin olunan vaxtda meydana çıxmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında “Neftçi” İK İB klubunun baş məşqçisi Arif Ağayev Uşaq və Gənclər üzrə yarışların təşkili şöbəsinin nümayəndəsinə qarşı aqressiv davranış göstərdiyinə görə 5 oyun cəzalanıb.

Yüksək Qızlar Liqasının “Marxal” (Şəki) – “Xırdalan City” matçının 87-ci dəqiqəsində “Xırdalan City” klubunun futbolçusu Rəfiqə Nəzərova ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Ayax Baku” – “Qarabağ Füzuli” matçının 23-cü dəqiqəsində “Qarabağ Füzuli”nin futzalçısı Coşqun Süleymanov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Bədr FK Xocalı” matçının 15-ci dəqiqəsində “Borçalı”nın futzalçısı Asif İsmayılov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 26-cı dəqiqəsində “Bədr FK Xocalı”nın futbolçusu Ceyhun Mürşüdlü aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqada “Neftçi İK” – “Baku Fire” matçının 11-ci dəqiqəsində “Neftçi”nin futzalçısı Oruc Baxşəlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 12-ci dəqiqəsində “Baku Fire” klubunun futbolçusu Zalış Səmədzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Neftçi İK” klubunun heyətində protokolda adı olmayan futzalçı istirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Yüksək Liqanın “Xızı Futzal” – “Yasamal İSK” matçının 9-cu dəqiqəsində “Yasamal İSK” klubunun futzalçısı Kamran Nəcəfzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 36-cı dəqiqəsində “Xızı Futzal”ın futzalçısı Murtuza Cahandoost ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Yasamal İSK-2” – “Ulduz” matçının 26-cı dəqiqəsində “Yasamal İSK-2” klubunun futzalçısı Aqşin Eyyubov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.