Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Rekord.az xəbər verir ki, müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunmuş müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Gənclər Liqasının “Neftçi” İK İB – “Keşlə” oyununda “Keşlə”nin futbolçusu Qurban Səfərov “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. “Neftçi”nin futbolçusu Fərhad Qüdrətli isə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Neftçi”nin digər futbolçusu Sultan Əkbərov oyunun 73-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasının “Qəbələ” – “Sabah” oyunu bitdikdən sonra “Qəbələ”nin futbolçusu Murad Musayev “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Sabah”ın 10 nömrəli futbolçusu Vüsal Vəliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Matç bitdikdən sonra “Sabah”ın futbolçusu Fəxri Məmmədli “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb.

U-17 Liqasının “Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz”un futbolçusu Şahin Şirinov “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasının “Neftçi” PFK - “Səbail” oyununda “Səbail”in futbolçusu Yusif Əhmədli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Səbail”in köməkçi məşqçisi Ramiz Hüseynov hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

U-15 Liqasının “Qarabağ” - “Qəbələ” oyununda “Qəbələ”nin futbolçusu İslam Abduləzizov “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasının “Cənub Elit” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un futbolçusu Əli Əsədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Turan Tovuz”un baş məşqçisi Kamal Ələkbərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

U-14 Liqasının “Vətən” RİOEUGFM - “Sabah” oyununda “Sabah”ın futbolçusu Amin İsmayılov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-13 Liqasının “Neftçi” PFK – “Səbail” oyununda “Neftçi”nin futbolçusu Xəzər Nağızadə “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-12 Liqasının “Xocalı” FK – “Gənclik” İK oyununda “Xocalı”nın futbolçusu Yusif Həsənov “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Araz” MFK – “Xilə” FK oyununda “Araz”ın futzalçısı İsa Atayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Xilə”nin futzalçısı Sabir Hacıəlizadə rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Dəstə Ordubad” – “Baku Fire-2” oyununda “Baku Fire-2” komandasının futzalçısı Sadiq Əlizadə “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın ADBTİA – “Star Karqo” oyununda ADBTİA-nın futzalçısı Əsgər Hümbətov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Borçalı” - “Advokat”  oyununda “Borçalı”nın futzalçısı Orxan Gülməmmədli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.