AFFA-nın inzibati binasında Premyer Liqa, 1-ci, 2-ci Liqa və Əvəzedici liqalara təyinat alan hakimlər üçün seminar keçirilib. 

Rekord.az xəbər verir ki, seminarda müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, oyunlarda baş verən insidentlər analiz edilmib, lazımi təlimatlar verilib.

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşekin rəhbərliyi ilə təşkil olunan seminarda köməkçi hakimlərlə çalışan türkiyəli mütəxəssis Tarık Ongun də iştirak edib.