AFFA-dan hakimlərə hörmətsizlik
- 28 Yan 2021 14:00
- 816
Vaxtilə Antalyadan vurub Sloveniyadan çıxan hakimlər indi o günləri gündüz çıraqla gəzir.
Rekord.az xəbər verir ki, ədalət təmsilçiləri Ramin Musayevin kurasiyasından çıxıb, Elxan Məmmədovun kurasiyasına keçəndən bəri vəziyyət də dəyişib.
İndi hakimlər ən yaxşı halda Mərdəkandakı “Dalğa Arena”da təlim-məşq toplanışı keçir.
Son toplanışa gəlincə, bunu biabırçılıq da adlandırmaq olar. Adı toplanış olsa da reallıq fərqli olub. Belə ki, artıq xərclərdən qaçmaq istəyən AFFA rəhbərliyi hakimləri hansısa otelə toplamaqdan vaz keçib. Toplanış çərçivəsində hakimlər Mərdəkana öz avtomobilləri ilə gedib-gəliblər. Federasiya bunun üçün adi avtobus tutmağı da özünə rəva görməyib. Bunu isə hakimlərə qarşı hörmətsizlik kimi də qəbul etmək olar.