Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsiylə bağlı AFFA və Türkiyə Futbol Federasiyası (TFF) arasında danışıqlar aparılır.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın 2020-ci ilin may ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur.

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş yerli mətbuata açıqlamasında, 2020-ci il, mayın 26-da Azərbaycan yığmasıyla Antalyada yoxlama oyunu keçirəcəklərini deyib.