AFFA ötən mövsüm "Region Liqası"nın qalibi olan "Qusar"a çatacaq 10 min manat mükafatı hələ də verməyib.

Rekord.az məsələ ilə bağlı AFFA-nın da mövqeyini öyrənib.

Saytımıza açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumatı təsdiqləyib: "Bəli, "Qusar"ın ödənişi hələ də ödənilməyib. Ancaq yaxın vaxtlarda ödənilməsi nəzərdə tutulub. Yəqin ki, qarşıdakı həftələrdə ödəniş olunacaq".