"Belə məsələlərin qəbul olunması ilə bağlı səlahiyyət yalnız İcraiyyə Komitəsindədir".

Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a çıqlamasıında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlqalər şöbəsinin rəhbəri Firuz Abdulla deyib.

O, bu mövsüm keçirilməyən Region Liqasının ləğv edilməsi və II Divizionun yaradılması perspektivi barədə federasiyanın mövqeyinə aydınlıq gətirib.

Sitat: «İK-nin son iclasından cəmi 2 həftə keçib. Son iclasda isə ümumiyyətlə, bu məsələ müzakirə mövzusu olmayıb. Pandemiya ilə bağlı, bilirsiz ki, bütün turnirlərin keçirilməsində problem var.

AFFA-nın təşkilatçısı olduğu aşağı yaş qrupları üzrə çempionatlar keçirilmir. Region Liqasında yeni mövsüm başlamayıb. Hələlik turnirlərin keçirilməməsilə bağlı problemlər pandemiya ilə bağlıdır. Amma hər hansı yeni turnirin başlaması müzakirə mövzusu deyil».