Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Futzal üzrə İkinci Liqanın “Baker Hughes” – “Zirvə Bakı-2” matçında “Baker Hughes”in futzalçısı Camal Mahmudov nalayiq ifadə işlətdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Zülfüqar” – “Hövsan” matçında “Hövsan”ın futzalçısı Rufin Sarıyev aqressiv davranışa görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Marafon” – “Araz” matçında “Araz”ın futzalçısı Eshaq Surğalinin kobud oyuna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Region Liqasının “Kəngərli” – NDU oyununda NDU-nun futbolçusu Orxan Qurbani qarşılaşmanın 8-ci dəqiqəsində təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Region Liqasının “Sədərək” – “Arpaçay” (Şərur) matçı bitdikdən sonra “Sədərək”in futbolçusu Sərxan Məmmədzadə hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb.

Region Liqasının “Araz” (Naxçıvan) – “Əlincə” (Culfa) oyununda “Əlincə”nin futbolçusu Sərxan Tağıyev qarşılaşmanın 20-ci dəqiqəsində qırmızı vərəqə ilə meydanı tərk edən zaman hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

U-17 Liqasının “Tufan” - “Keşlə” oyununda “Keşlə”nin futbolçusu Kamal Kazımov qarşılaşmanın 40-cı dəqiqəsində hakimi təhqir etdiyinə etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-17 Liqasının “Xəzər Lənkəran” - “Qarabağ” oyununun 87-ci dəqiqəsində “Xəzər Lənkəran”ın baş məşqçisi Ağadadaş Həmidov köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra qarşılaşmanın 90-cı dəqiqəsində yenidən meydana daxil olaraq, köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirdiyi üçün 20 oyun cəzalanıb.

U-10 Liqasının “Leon” FK – “Gənclik İK” oyununda “Leon”un baş məşqçisi Rəşad Muradov qarşılaşmanın 35-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Yüksək Qızlar Liqasının “Keşlə” FK (Bakı) - 8№-li RİOEUGİM (Bakı) oyununda “Keşlə”nin futbolçusu Süsən Mənsimzadə qarşılaşmanın 19-cu dəqiqəsində rəqibə qarşı qeyri-etik ifadə işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. RİOEUGİM komandasının futbolçusu Səmayə Abbaslı qarşılaşmanın 19-cu dəqiqəsində rəqibə qarşı qeyri-etik ifadə işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Yüksək Qızlar Liqasının “Marxal” (Şəki) - “Uğur” (Sumqayıt) oyununda “Uğur”un futbolçusu Əfsanə Ağayeva qarşılaşmanın 71-ci dəqiqəsində aqressiv davranışa qörə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.