AFFA-dan Yaşar Vahabzadəyə xəbərdarlıq
- 02 Dek 2020 12:00
- 624
Xəbər verdiyimiz kimi, "Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə 5 oyunluq cəzalanıb.
Rekord.az xəbər verir ki, səbəb kimi təcrübəli mütəxəssisin I Divizionda VII turun "Turan Tovuz"la ev oyununda hakimi təhqir etməsi göstərilib.
AFFA İntizam Komitəsi Gəncə klubuna 400 manat cərimə də kəsib.
Saytımıza daxil olan məlumata görə, Vahabzadənin bu hərəkəti AFFA-da heç də xoş qarşılanmayıb və ona xəbərdarlıq edilib ki, bir daha belə hərəkətlərə yol verməsin, hakimlərin qərarlarına hörmətlə yanaşsın.