AFFA-dan yeni qərar
- 09 Mar 2020 17:20
- 811
Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədiylə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, Məktəbli kubokunun, həmçinin Region Liqası turnirinin oyunlarının təxirə salınması müddəti 2020-ci il martın 27-dək uzadılıb.