"AFFA De Byaziyə torba-torba pul verə bilir, amma ..."
- 26 Mar 2021 13:00
- 1121
"Bəxtimiz gətirdi, böyük hesabla məğlub olmadıq. Allah üzümüzə baxdı. Bir komanda ki qapıya zərbəsi olmayıb, sadəcə şansımız gətirdi. Buna Portuqaliyanın bizə yuxarıdan aşağı baxması səbəb oldu".
Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Kənan Kərimov deyib.
Veteran futbolçu bildirib ki, millimizdən daha yaxşısını gözləməyə dəyməz: "Millidən daha yaxşısını gözləmək olmaz. Mümkün deyildi. Futbolumuzun hazırkı durumu buna imkan vermir.
"Serbiyaya qarşı nəsə edə bilərik deyəndə ki ... Biz buna öyrəşmişik. Onsuz da, kim gəlir müdafiə futbolu oynayırıq.
İnanmıram ki, Serbiyaya qarşı da nəsə ola. Ümid edək ki, heç olmasa bir xal götürə bilək. O da bəxtimiz gətirsə. Ümid onadır".
Kərimov "Əgər əcnəbi mütəxəssislərlə də ümidimiz şansa qalıbsa, elə olmaz ki, milli komandanı yerli mütəxəssislər çalışdırsın" sualına isə belə cavab verib:
"Niyə olmur ki? Elə də olmalıdır. Nəyə görə federasiya De Byaziyə, Prosineçkiyə torba-torba pul tapıb verə bilir, amma azərbaycanlı məşqçiyə, Azərbaycan futboluna xərcləməyə pul tapa bilmir? Bu siyasət Azərbaycan futbolunu ancaq uçuruma aparır".