AFFA Divizion klublarının da cəzasını açıqladı
- 03 Noy 2020 18:20
- 594
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qarabağ-2” – “Neftçi-2” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Neftçi” 80 manat cərimə olunub. Meydança vaxtında sulanmadığına görə matçın ikinci hissəsi gec başlandığı üçün meydan sahibi klub 80 manat cərimələnib.
“Kəpəz” – “Zaqatala” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Matçın 52-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Nicat Oruclu “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
“Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununda qonaqların 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
“Keşlə-2” – “Turan Tovuz” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Oyunöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub.
MOİK – “Sabah-2” oyununda meydan sahiblərinin heyətində Kənan Quliyev matçın 21-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Sabah”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.