AFFA bundan sonra Eddi İsrafilovu milliyə çağırmamaqla bağlı qərar verə bilər.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb futbolçunun Qarabağ məsələsində tutduğu mövqe olub.

Belə ki, futbolçu ona Qarabağ və hazırda gedən döyüşlərlə bağlı verilən sualı cavablandlrmaqdan imtina edib. Əvəzində danışan anası isə oğlunun siyasətə qarışmadığını bildirib. Eyni zamanda qeyd edib ki, hazırda onların yaşadığı İspaniyada xeyli erməni dostları var. Məhz bu açıqlamadan sonra AFFA ictimai qınaqdan qorxaraq Eddini ən azı Millətlər Liqası oyunlarında milliyə çağırmamağı düşünür.