Bir vaxtlar bəh-bəhlə milliyə dəvət olunan, hətta bunun üçün AFFA-dan 1 milyon dollar pul aldığı iddia olunan Eddi İsrafilov çoxdandır ki, milli komandaya çağırılmır. 44 günlük II Qarabağ savaşında ermənilərin əlehinə danışmaqdan imtina etdikdən sonra futbol ictimaiyyəti də ona nifrətlə yanaşmağa başladı.

Rekord.az xəbər verir ki, artıq AFFA rəhbərliyi də onunla əlaqəni kəsib.

Yəni bundan sonra Eddinin Azərbaycan millisinə dəvət alacağı gözlənilmir.