Bir vaxtlar AFFA-nın təşəbbüsü ilə "Elit Məşq Layihəsi" fəaliyyət göstərirdi.

Rekord.az xəbər verir ki, rəhbərliyin əcnəbi mütəxəssisə həvalı olunduğu bu layihədə demək olar ki, bütünlüklə yerli məşqçilər çalışırdı.

Sonradan maliyyə səbəbindən bu layihəyə ara verildi. Saytımıza daxil olan məlumatga görə, federasiya "Elit Məşq Layihəsi"ni yenidən bərpa edir. Artlq bununla bağlı əməli fəaliyyətə start verilib. Əvvəlki layihə ilə müqayisədə müəyyən dəyişikliklər də olacaq.